UEFA bu məsələyə görə intizam işi açdıbackend

UEFA Avro-2020-nin yarımfinalında Danimarka – İngiltərə matçından (1:2) sonra intizam işi açıb.

“Yeni Gündəm” xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb ingiltərəli azarkeşlərin hərəkətləri olub. Belə ki, “Uembli” stadionunda keçirilən görüşdə İngiltərə millisinin üzvü Rahim Sterlinqə qarşı qayda pozuntusundan sonra baş hakim Denni Makkelli Danimarka millisinin qapısına penalti təyin edib. Bu zaman ingiltərəli azarkeşlər rəqibin qolkiperi Kasper Şmeyxelin gözünə lazer işıqları tutaraq, topu rahat görməsinə mane olmağa çalışıblar.

Həmçinin fanatlar pirotexniki vasitələrdən də istifadə ediblər.

Qeyd edək ki, Harri Keynin 11 metrlik cərimə zərbəsini Kasper Şmeyxel dəf etsə də, təkrar zərbə dəqiq olub. Nəticədə İngiltərə millisi Danimarkaya qalib gələrək finala adlayıb. Komanda həlledici görüşdə İtaliya ilə qarşılaşacaq.