UEFA əsgər salamı ilə bağlı qərar verdibackend

Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Fransa ilə keçirilən matçlarda əsgər salamı verməsiylə bağlı araşdırma yekunlaşıb.

“Yeni Gundem” xəbər verir ki, UEFA bununla bağlı “ay-ulduzlular”a cəza verməyi məqsədəuyğun hesab etməyib. Bunun emosiyalardan irəli gələn bir jest olduğu bildirlib.

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.