UEFA “Qarabağ”a vurulan qolu səsverməyə çıxardıbackend

UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya”nın Bakıda “Qarabağ”a vurduğu qolla bağlı sorğu keçirib. 

“Yeni Gündəm” xəbər verir ki, qitənin ali futbol qurumu bu barədə Konfrans Liqasının rəsmi İnstaqram səhifəsində paylaşım edib. Paylaşımda görüşün son dəqiqələrində Xordi Qomesin Ağdam təmsilçisinə vurduğu topla “Anortosis”in futbolçusu Lazaros Kristodolopulos 27-ci dəqiqədə “Gent”ə vurduğu qol müqayisə edilib. Ən yaxşı qol azarkeşlərin səsverməsi nəticəsində seçiləcək.

Qeyd edək ki, “Omoniya” ilə qollu bərabərlik (2:2) son tur öncəsi “Qarabağ”ın qrupda ikinci pilləyə düşməsinə səbəb olub.