UEFA “Qarabağ”a görə APOEL-in etirazını qəbul etdibackend

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Düdelanj” – APOEL oyununun hakimləri dəyişdirilib.

“Yeni Gundem” Kipr mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Canluka Rokki idarə edəcək.

Halbuki qitə futbol qurumu görüşə Türkiyədən olan briqadanı təyin etmişdi. Belə ki, Lüksemburqdakı matçı Halis Özkahya idarə etməli idi. Lakin APOEL rəhbərliyi dərhal bu qərara rəsmi etiraz edib. Onlar türkiyəli bir hakimin Avropa arenasında ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini vurğulayıblar. Üstəlik, Türkiyə – Azərbaycan münasibətləri şişirdilib və bu təyinatın əsas rəqibləri olan “Qarabağ”ın lehinə ola biləcəyi vurğulanıb.
Bütün bunları nəzərə alan UEFA kiprlilərin etirazını qəbul edib və türkiyəlilərin əvəzinə italyanları Lüksemburqa göndərmək qərarına gəlib.

Qeyd edək ki, A qrupunda keçiriləcək “Düdelanj” – APOEL matçı noyabrın 28-də baş tutacaq. Həmin gün “Qarabağ” “Sevilya”nın qonağı olacaq.