Ukrayna baş nazirinin müavini Ağdamı ziyarət etdibackend

Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərinin yenidən inteqrasiyası naziri Oleksi Reznikov Ağdam rayonunda olub.

“Yeni Gündəm” xəbər verir ki, səfər çərçivəsində Ukrayna baş nazirinin müavini erməni işğalı zamanı Ağdamda törədilmiş dağıntıların miqyası ilə tanış olub.