Ukrayna Baş Qərargahı: Rusiya qoşunları Donetsk istiqamətində hücum əməliyyatlarını gücləndirirbackend

Rusiya qoşunları Donetsk istiqamətində hücum əməliyyatlarını gücləndirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Donetsk istiqamətində düşmən taktiki vəziyyəti yaxşılaşdırmaq üçün hücum əməliyyatlarını sürətləndirib. Bütün rabitə xətti boyunca bölmələrimizin istehkamlarını məhv etmək üçün minaatanlardan, artilleriya mərmilərindən, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən və operativ-taktiki aviasiyadan atəş zərbələri vurulir “,- deyə məlumatda bildirilir.

Xarkov istiqamətində düşmən əsas səylərini işğal olunmuş xətləri saxlamağa cəmləşdirir. İtirilmiş mövqeləri bərpa etmək üçün əks-hücum cəhdləri davam edir.Baş Qərargah dünən Ternovaya və Vesele yaşayış məntəqələrində döyüşlərin davam etdiyini bildirib. Slavyan istiqamətində düşmən Dolqenkoe, Bolşaya Kamışevaxa və Dolina yaşayış məntəqələri ərazisində mülki infrastrukturu atəşə tutub.

Daha əvvəl də verdiyimiz məlumata görə, Ukraynanın cənubunda sabit gərgin vəziyyət davam edir.