Ötən gün ərzində Ukrayna müdafiə qüvvələri Rusiya qüvvələrinin 60-dan çox hücumunu dəf edib.
“Yeni Gundem” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb .
“Düşmən əsas səylərini Liman, Baxmut, Avdiivka və Marinka istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldir. “Beloqorovka, Baxmut, Avdiivka və Marinka hərbi əməliyyatların episentri olaraq qalır”, – agentlik bildirib.
Onların məlumatına görə, Liman istiqamətində ruslar Stelmaxovka və Viemka bölgələrində uğursuz hücuma keçiblər.
“Baxmut istiqamətində düşmən Baxmuta hücumunu davam etdirir. Hücum əməliyyatları zamanı əsgərlərimiz 28 hücumu dəf edib. Düşmən Orexovo-Vasilevka ərazisində də uğursuz hücum əməliyyatları həyata keçirib”, – Baş Qərargahdan bildiriblər.
Onların məlumatına görə, Avdiivka və Marinsk istiqamətlərində Rusiya qüvvələri Donetsk vilayətinin Novokalinovo, Stepnoe, Avdiivka, Severnoe, Pervomayskoe, Marinka qəsəbələri istiqamətində hücuma keçsələr də, buna nail ola bilməyiblər.
Fərahim Rəhimov