Ukrayna mətbuatı xəbər verir ki, İraq Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçilik etməyi təklif edib, lakin bu təklif rədd edilib.
“Yeni Gundem” xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn deyib: “İraq təmas qrupunun rolunu aktivləşdirməyə və iki tərəf arasında danışıqlar üçün zəmin yaratmaq üçün vasitəçi kimi irəliləməyə hazırdır”.
O qeyd edib ki, Bağdad “aralarında gərginlik olan ölkələrlə münasibətdə təcrübəyə malikdir” və “sülh işinə xidmət etməyə hazırdır”. “Müharibənin davam etməsi təkcə iki ölkə üçün deyil, bütün dünya üçün təhlükəli olacaq”, – nazir əlavə edib.
Lakin bu gün İraqda səfərdə olan xarici işlər naziri Dmitri Kuleba bu təklifi rədd edərək, Rusiya qoşunları bütün ərazilərdən çıxarılmayana qədər Ukraynanın heç bir sülh danışıqlarında iştirak etməyəcəyi mövqeyini bir daha təsdiqləyib.
Fərahim Rəhimov