Ukrayna İsraildən “Dəmir qübbə”ni  almaq istəyirbackend

“İsraildən “Dəmir qübbə” havadan müdafiə sistemini almaq istəyirik. Eyni zamanda İsrail istehsalı olan “Spike SR” tank əleyhinə olan silahların Almaniya tərəfindən bizə verilməsində İsrail hökumətinin razılığını istəyirik”.

“Yeni Gündəm” xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukraynanın İsraildəki səfiri Yevgen Korniyçuk bu gün mətbuat konfransı zamanı deyib.

“İsraildən hərbi texniki dəstəyə ehtiyacımız var. Rusiyanın bombardımanı altında olan qadınları və uşaqları İsrail silahlarının köməyi ilə müdafiə edirik. Bizə silahların bağışlanmasını istəmirik, pulumuzla alacağıq. Berlin bu silahları bizə vermək istəyir, ancaq İsrail tərəfi hələ də qəbul etmir. “Dəmir Qübbə”nin bizə verilməsinə isə ABŞ məncə etiraz etməyəcək”,- deyə Yevgen Korniyçuk bildirib.

Qeyd edək ki, bəz ekspertlərin fikrinə görə İsrail ABŞ-la imzalanan müdafiə müqaviləsinə əsasən “Dəmir Qübbə”ni Ukraynaya satmayacaq. İsrail tərəfi “Dəmir Qübbə”nin əvəzinə Ukraynaya “David Sling” silah sistemini satacaq.