Ukrayna Krımı da geri qaytara bilər, ancaq… – Şok açıqlamabackend

Yaxın həftələrdə nə Ukrayna, nə də Rusiya üçün böyük uğurlar gözlənilmir. Bununla belə, Ukraynanın Krımı və Donbası geri qaytarmaq şansı var. Amma bu, tezliklə baş verməyəcək.

Bu barədə NATO rəsmisi CNN-ə bildirib.

Rəsminin sözlərinə görə, vəziyyət Ukraynanın xeyrinə xeyli dəyişib.

Kiyev 2014-cü ildə Rusiyanın ələ keçirdiyi Krımı və Donbass ərazilərini geri qaytara bilərmi? – sualına o belə cavab verib:

“Düşünürəm ki, onlar (Ukrayna) Krımı və Donbası geri qaytara bilər. Amma tezliklə yox. Mübarizəni davam etdirə bilsələr, bu baş verə bilər”.

Eyni zamanda, o, bu ərazilərin bəzilərində yerli əhalinin mümkün mənfi reaksiyasını nəzərə alaraq, Ukraynanın öz ərazilərinin qaytarılması uğrunda mübarizəsinin hərbi yolla getməsinə şübhə ilə yanaşdığını bildirib.

Bundan əvvəl NATO-nun baş katibi bildirmişdi ki, Ukrayna müharibədə qalib gələcək. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin Kremldə planlaşdırıldığı kimi getmədiyini qeyd etmişdi.

Teleqraf.com