“Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini işğaldan azad edib” – Kirilo Timoşenkobackend

Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı işğalı başlayandan bəri Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini işğaldan azad edib.

“Yeni Gündəm” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

O, qeyd edib ki, həmin məntəqələrin 70 faizində yerli hakimiyyət orqanlarının, o cümlədən  600-ə yaxın yaşayış məntəqəsində isə yerli polis strukturlarının işi bərpa edilib.