Ukrayna ordusu son sutkada Rusiyanın 29 “Shahed” PUA-sını məhv edibbackend
Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 29 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.
Rusiya PUA-larla Ukraynanın paytaxtı Kiyevə və digər vilayətlərə hücum həyata keçirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.