Ukrayna ötən il orduya nə qədər vəsait xərcləyib?backend

Ukraynada 2022-ci il dövlət büdcəsindən Silahlı Qüvvələr üçün xərclənən vəsaitin həcmi açıqlanıb.

“Yeni Gundem” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın vergi komitəsinin rəhbəri Danil Qetmantsev deyib.

O bildirib ki, 2022-ci ildə Ukraynanın müdafiəsi üçün xərclər əvvəlki illərlə müqayisədə daha çox olub. Bu, 1536,6 milyard qrivnadır (41,8 milyard ABŞ dolları). Yəni bu, 2022-ci il üçün büdcə xərclərinin 57%-i  deməkdir