Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olubbackend

Ukrayna Prezidenti Vladimir Zelenskinin baş müşaviri Sergey Şefirə sui-qəsd cəhdi olub.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə Kiyev yaxınlığındakı Lesniki kəndinin ətrafında baş verib.

Bildirilib ki, bu gün səhər S. Şefirin olduğu avtomobilə odlu silahdan 10 dəfə atəş açılıb.

Ukrayna polisinin məlumatına görə, hadisə zamanı S. Şefirin sürücüsü yaralanıb, özü isə xəsarət almayıb.

Sürücü reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır.