Ukrayna Qarapapaq Türkləri Milli Şurasından Azərbaycan Prezidentinə “Respublika günü” təbrikibackend

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Azərbaycan Respublikasının Prezidenti, cənab ilham Əliyevə “28 may Respublika Günü” münasibəti ilə təbrik məktubu göndərib.

”Yeni Gündəm” xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident,
Sizi və Azərbaycan xalqını – Respublika Günü münasibətilə təbrik edirəm. 28 may qalib və müzəffər Azərbaycanın tarixində və Azərbaycan xalqının qan yaddaşında çox mühüm və əziz bir gündür.
28 may 1918-ci ildən başlayan Azərbaycan Respublikasının azadlılğı, milli suverənliyi və dövlət müstəqilliyi əbədi olsun.

Əminəm ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və çiçəklənəcəkdir. Fürsətdən istifadə edib Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.

Möhtərəm cənab Prezident, Sizə dərin hörmət və ehtiramla, UQTMŞ Sədri Daşqın Gülməmmədov.