Ukrayna Qüdsi Osmanova cinayət işi açdıbackend

Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədovun rəsmi müraciəti əsasında, Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri üzrə cinayət işi başladıb.

Bu barədə Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri Prokurorluğu İstintaq Şöbəsinin rəis müavini Eqor Rebrovun imzaladığı rəsmi məktubda qey edilir.

Azərbaycan Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanovun Rusiya Federasiyası tərəfindən işğal edilmiş Ukraynanın Krım Muxtar Respublikası ərazisinə qanunsuz səfər etməsi təsdiqləndikdən sonra Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Prokurorluğu Qüdsi Dursun oğlu Osmanovun törətdiyi cinəyəti Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri ilə (Maddə 332-1. Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) ilə təsnif edərək cinayət işinin açılması və istintaqa göndərilməsi bağlı qərar verib. Paralele olaqar Ukrayna Müdafiə nazirliyi baş Kəşfiyyat idarəsi və Ukrayna Təhlükəsizlik Xidməti də Azərbaycanən Moldovadakı Səfiri Qüdsi Osmanovla bağlı məxfi araşdırma başladıb. Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri Prokurorluğu İstintaq Şöbəsinin rəis müavini Eqor Rebrov, Qüdsi Osmanovun Ukraynaya qarşı dövləti cinayət törətməsi faktı barədə Cinayət Məcəlləsinin 332-1- ci maddəsi ilə cinayət işinin artıq istintaqda olduğunu bildirib.