Ukrayna Rusiyaya uduzsa, Putinin surətləri artacaqbackend

Rumıniyanın baş naziri Marcel Ciolacu Bloomberg-ə müsahibəsində deyib ki, Ukraynanın müttəfiqləri onu qətiyyətlə dəstəkləməlidirlər, əks halda onlar bütün Avropada “populist qüvvələri cəsarətləndirmək riski daşıyırlar”. “Hətta Avropa müttəfiqləri “müharibə yorğunluğunun əlamətlərini” göstərsə də hökumətimiz Kiyevə “çoxsahəli dəstək” verməyə davam edəcək” – deyə o söz verib.

Ciolakunun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə “Rumıniya ilə qonşuluqdakı müharibədən” daha tez həll olunacaq.

“Rumıniya siyasi xərclərdən asılı olmayaraq Ukraynaya kömək etməyə davam edəcək. Bu siyasi xərclər Rusiyanın qələbəsinin yaradacağı presedentdən daha az əhəmiyyət kəsb edir”, Marsel Ciolaku əmindir.

Rumıniyanın baş naziri Avropada sağçı və populist qüvvələrin artan populyarlığına işarə edib, onların bir çoxu Ukraynaya dəstəyi tənqid edir və Kremllə əlaqələri kəsdiklərinə görə təəssüflənirlər.

Bəzi Avropa populist siyasətçiləri arasında nə qədər Putin kimi siyasətçi yaranacağını təsəvvür edə bilərsinizmi?

Xatırladaq ki, uzun müddət Macarıstan Aİ-nin Ukraynaya silah tədarükünü və bir sıra anti-Rusiya sanksiyalarının tətbiqini dəstəkləməyən yeganə ölkə olaraq qalmışdı. Oxşar mövqeyi oktyabr ayında ölkə hökumətinə rəhbərlik etmiş Slovakiyanın yeni baş naziri Robert Fiko da tutur. O və Macarıstanın Baş naziri Viktor Orban, medianın məlumatına görə, Ukraynaya Aİ fondundan 50 milyard avro məbləğində yeni yardım paketinə qarşı çıxıblar.

Mənbəmail.ru

Aynur Camal