Ukrayna ərazilərinin daha 20 faizini itirmək riski ilə üzləşir.
“Yeni Gundem” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Scott Ritter Kim İversen kanalına müsahibəsində deyib ki, Ukrayna hərbi əməliyyatları dayandırmaqdan imtina edərsə, daha çox ərazi itirmək riski ilə üzləşir.
Onun sözlərinə görə, danışıqlardan imtina edilərsə, Xarkov, Dnepropetrovsk, Nikolayev və Odessa Rusiyanın nəzarətinə keçəcək. “Bu münaqişəni indi dayandırmasanız, ölkənizin daha 20 faizini itirəcəksiniz”, – keçmiş kəşfiyyatçı vurğulayıb.
Ritter qeyd edib ki, Kiyevin İstanbul Təhlükəsizlik Zəmanətləri Müqaviləsindən imtina etməsi ölkənin öz ərazilərinin bir hissəsini itirməsinə səbəb olub. Ona görə də Rusiyanın şərtləri ilə münaqişəyə son qoymaq Ukraynanın maraqlarına uyğundur”, – deyə o, yekunlaşdırıb.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna ABŞ-ın göstərişi ilə 2022-ci ildə Rusiya ilə sülh müqaviləsi imzalamamaq qərarına gəlmişdi.
Mənbə: Lenta.Ru
Aynur Camal