Ukraynada Bakı ermənisi vəzifəsindən istefa verdibackend

Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mixail Bno-Ayriyan istefa verib. 

“Yeni Gundem”in “ukranews.com”a istinadən verdiyi xəbərə görə, bu barədə o, feysbuk hesabında məlumat yayıb.

“Xahiş edirəm Kiyev Regional Dövlət Administrasiyasının sədri vəzifəsindən istefamı qəbul edin”, -deyə siyasətçi ərizədə yazıb.

Qeyd edək ki, Bno-Ayriyan 1984-cü ildə Bakıda dünyaya gəlib. Milliyətcə ermənidir.

Xatırladaq ki, 35 yaşlı Mixail Bno-Ayriyan bu vəzifəyə car ilin 10 iyulunda Prezident Vladimir Zelenski tərəfindən təyin edilmişdi.