Ukraynada hərbi vəziyyət rejimi uzadılırbackend

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət rejiminin uzadılmasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.

“Yeni Gündəm” “Ria Novosti”yə istinadən xəbər verir ki, Zelenskinin təşəbbüskarı olduğu qanun layihəsi Ukrayna Ali Radasının saytında dərc olunub, lakin sənədin tam mətni açıqlanmayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladmir Putin fevralın 24-də Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başladıqlarını bildirmişdi və həmin vaxtdan etibarən Ukrayana prezidenti Volodimir Zelenski ölkədə aprelin 25-dək hərbi vəziyyət elan edib.