Ukraynada matəm elan olundu – FƏRMANbackend

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: “25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin”.

Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib.

Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.

Təyyarənin göyərtəsində 27 nəfər olub. //APA