Ukraynadakı münaqişə çətin səngər müharibəsinə çevrilib.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç RTS telekanalına müsahibəsində bildirib.
“Vəziyyətin inkişaf yoluna baxsaq, heç bir tərəf qalib gələ bilməz. Bütün bunlar çətin səngər müharibəsidir”, – Vuçiç bildirib.
Onun sözlərinə görə, münaqişə qlobal sistemi tamamilə məhv edib və Rusiya ilə münasibətlərinə görə Serbiyanın beynəlxalq aləmdəki mövqeyini çətinləşdirib.
Fərahim Rəhimov