Ukraynalı hərbi əsirlər öz ölkələrinə qarşı vuruşacaqlarbackend

Dünya Qəzzada baş verən insan faciəsinə göz dikərkən, müharibənin davam etdiyi Rusiya-Ukrayna cəbhəsindən çox təəccüblü bir iddia gəldi.

ÖZ ÖLKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ EDƏCƏK

Rusiyanın RİA Novosti xəbər agentliyi ukraynalı hərbi əsirlərin Rusiyaya sədaqət andı içdiklərini və tezliklə öz ölkələrinə qarşı müharibəyə qatılacaqlarını açıqlayıb.

Oktyabrın sonunda nəşr iddia edirdi ki, Rusiya hakimiyyəti müxtəlif həbsxana koloniyalarından təxminən 70 məhbusdan ibarət bir batalyonu cəbhəyə göndərməyi planlaşdırır.

Rusiya mətbuatının iddiası gündəmə bomba kimi düşüb. Rusiya əsgərlərin sədaqət andı içdiyini iddia etsə də, bu addım müharibə ilə bağlı beynəlxalq qanunların pozulması anlamına gələ bilər.

Qərb mətbuatında aparılan təhlillər iddia edirdi ki, hərbi əsirlərdən istifadə zərurəti döyüş meydanında yüksək itki verən Rusiya qüvvələrinin vəziyyəti və keyfiyyəti ilə bağlı suallar doğurur.

ONLAR DONETSK VƏ ZAPORİQİYA XƏTDƏ DÖYÜŞƏCƏKLƏR

Müharibə Araşdırmaları İnstitutunun (ISW) Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, hazırlığı başa çatan qoşunlar “Kaskad” adlı Donetsk Xalq Respublikasının tərkibində döyüşə göndəriləcək. Bu, Ukrayna əsgərlərinin Donetsk və Zaporojya vilayətlərində ön cəbhədə döyüşəcəyini göstərir.

Hər iki bölgə son həftələr şiddətli toqquşmalara səhnə olub.

ÜMUMİ ŞƏRTLƏR ALTINDA MÜQAVİLƏLƏR İMZALANIB

Ukraynalı hərbi əsirlərin Rusiya tərəfinə yerləşdirilməsi ilə bağlı təfərrüatlar aydın olmasa da, RİA Novosti batalyonun müqavilələrinin “ümumi şərtlərlə imzalandığını” bildirib.

Bu onu göstərir ki, ukraynalı hərbi əsirlər rusiyalı həmkarları ilə eyni maaş alacaq və eyni sosial hüquqlara malik olacaqlar.

Əsir götürülən ukraynalı əsgərlərin Rusiya cəbhəsinə qoşulmağa məcbur olub-olmadığı hələ də aydın deyil.

İnsiderdə çıxan xəbərə görə, Rusiyanın bu addımı, ‘Heç bir hərbi əsir müharibə atəşinə məruz qala biləcəyi bölgələrə göndərilə bilməz, saxlanıla bilməz’ ifadəsi ilə ‘Cenevrə Əsirləri Konvensiyasını’ poza bilər.

Mənbə:hurriyyət.tr

Aynur Camal