Ukraynalı reportyor: “Bu qələbənin adı var – İlham Əliyev” – VİDEObackend

İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb və 44 gün davam edib. Həmin müddət ərzində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edib.

“Caliber” xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Roman Boçkalanın hazırladığı videoreportajda bildirilir.

Qeyd edək ki, bugünlərdə R.Boçkala Qarabağdan xüsusi reportaj hazırlayıb. Hərbi jurnalist əsas diqqəti ermənilər tərəfindən tamamilə dağıdılan ruhlar şəhəri Ağdama yönəldib.

“Biz Qarabağın bugünkü vəziyyətini və gələcəkdə bölgəni nələrin gözlədiyini nümayiş etdirəcəyik”, – deyə reportajda bildirilir.

R.Boçkala Azərbaycanın qələbəsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini qeyd edərək, hərbi uğurun məhz Ali baş komandanın adı ilə bağlı olduğunu vurğulayır.