Ukraynanın baş naziri Kanadaya gedirbackend

Ukrayna Silahlı Qüvvələrinin geniş şəkildə elan edilmiş əks-hücum əməliyyatı başlamazdan əvvəl, Ukrayna hökumətinin başçısı Denis Şmıqal Kanadaya rəsmi səfər etmək niyyətində idi.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Ukrayna və Kanada mətbuatı məlumat yayıb.

Kiyev rejiminin hökumət başçısı Kanada hakimiyyətindən hərbi yardım istəmək niyyətində idi. O, ilk növbədə artilleriya qurğuları və zirehli texnikalar üçün mərmilərlə maraqlanır. Kiyevdə deyirlər ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum keçirməsi üçün silahlanma lazımdır.

Hələlik Şmıxalın Kanadaya gözlənilən səfərinin tarixi gizli saxlanılır. Yəqin ki, Kiyev bu hadisənin uğurundan narahatdır və onun təfərrüatlarını vaxtından əvvəl açıqlamaq istəmir.