Ukraynanın daxili işlər naziri helikopter qəzasında həlak oldu – YENİLƏNDİbackend

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölənlərin sayı 18 nəfərə, yaralı sayı isə 26 nəfərə çatıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölənlərdən üçünün uşaq olduğu bildirilib.

***

12:17

Ukraynanın daxili işlər naziri və onun müavini helikopter qəzasında həlak olub.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının yanında qəzaya düşməsi zamanı daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin ölüb.

Qəzada ümumilikdə 16 nəfər həlak olub.

APA