“Ukraynanın məğlubiyyəti Qərbin “Qızıl dövrü”nün sonunun başlanğıcı ola bilər” – Polşanın baş naziribackend

Ukraynanın Rusiyaya qarşı müharibədə məğlubiyyəti halında Qərb üçün “Qızıl əsrin” sonu başlaya bilər.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Polşanın baş naziri Mateuş Moravetski Vaşinqtonda Atlantika Şurasında çıxışı zamanı deyib.

“Ukraynanı itirsək, onilliklər ərzində sülhü itirəcəyik. “Ukraynanın məğlubiyyəti Qərbin “qızıl dövrü”nün sonunun başlanğıcı ola bilər”, – Moravetski bildirib.

Onun sözlərinə görə, Ukraynanın qələbəsi təkcə Qərbin iqtisadi gücünün bərpasına deyil, həm də onun daha da güclənməsinə zəmanət verəcək.