Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdırbackend

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisidir.Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış dahi şəxsiyyətdir. Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən mühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Uzun müddət davam eden sovet rejmi və Ermənistan dövlətinin işğalı müddətinde istər maddi,istər iqtisadi ,istərsə də siyasi baxımdan böhran yaşadığımız bir dövür də Heydər Əliyev prezident seçilmiş və onun rəhbərlik müddətində dövlət dirçəlimis, günü gündən inkişaf etmişdir.Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev uzaqgörən siyasətin ,əzmini nəticəsidir. Təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi yüksəliş baxımından bu gün dünyanın irəli gedən ölkələrindən biridir.Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz  xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.Bütün istiqamətlərdə islahatlar eden Ulu öndər qısa zaman müddətində xarici dövlətlərlə iqtisadi əlaqələri yaratmışdır .Azərbaycan dilinin ,milli mədəniyyətimizin inkişafı milli dəyərlərimizin bərpa edilməsi məhz ulu öndərin adı ilə bağlıdır…Hər zaman ölkəsinə olan sevgisinin dilə gətirən Ulu öndər deyirdi ki….”Mən həmişə fəxr etmişəm,bu gündə fəxr edirəm ki mən Azərbaycanlıyam”!!!!

Xəlilova Sərvinaz
Nəsimi rayon sakini