Ülvi Mehdiyev: “Toylara icazə ilə bağlı yaradılmış portal qüvvədədirbackend

Toylara icazə sistemi ilə bağlı yaradılmış portal hələ də qüvvədədir.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev bildirib ki, karantin rejimi ilə bağlı ciddi yumşalmalar olsa da, bəzi tələblər qalmaqdadır: “Bugünkü gündə “icaze.e-gov.az” portalı vasitəsilə əsasən COVID pasportlarının yoxlanılması həyata keçirilir”, -deyə qurum rəhbəri qeyd edib.