Ülviyyə Həmzəyeva seçicilərlə görüşdübackend
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva  30 noyabr tarixində Culfa rayon Ərəzin kəndində vətəndaşların qəbulunu həyata keçirib.
“Yeni Gundem” xəbər verir ki,ilk olaraq, kənd ağsaqqalları ötən görüşdən kənddə həyata keçirilən işlərə görə dövlətimizə öz minnətdarlıqlarını bildirib, Azərbaycanda keçirilən tədbirlər COP29 və Milli Məclisdə büdcə müzakirələri haqqında söhbət etdilər.
Görüş əsnasında kənd sakinlərinin müraciətlərini dinləyib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu dəfəki müraciətlər əsasən kənd yollarına sürəti azaldan qurğuların quraşdırılması, kənddə yaşayış evlərinin çoxaldığı üçün bir artezian quyusunun çatdıra bilməməsini və ərazidə uşaq bağçasının olmamasına diqqət çəkdilər. Müraciətlər hərtərəfli araşdıraraq qanunvericiliyin tələblərinə uyğun şəkildə, müsbət həlli üçün aidiyyəti qurumlara işlənərək, göndəriləcək.
Görüşdə YAP Culfa rayon Təşkilatının sədri Qadir İbrahimov, Ərəzin kənd icra nümayəndəsi SərxanTağıyev, Ərəzin kənd bələdiyyə sədri Tahar Hacıyev, deputat köməkçisi Araz Xudiyev iştirak ediblər.