Ülviyyədən Muradla boşanma iddialarına CAVABbackend

Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı aktyor Murad İsmayılla boşanma iddialarına cavab verib.

“Yeni Gündəm”-in xəbərinə görə, Ü.Xəlilbəyli bildirib ki, bu haqda heç vaxt danışmayıb: “İlk və son dəfə açıqlama verəcəm. Hər ailədə problem, söz-söhbət və bunun nəticəsində yaranan soyuqluq olur. Ancaq mən boşanmamışam”.