Umeyra İbrahimovaya vəzifə verildibackend

Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Umeyra Fərhad qızı İbrahimovaya həvalə olunub.