Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirildi – FOTObackend

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail ofisində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

“Yeni Gündəm”-in məlumata görə, tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun sədri Sərraf Oruc, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon təşkilatın sədri Fəqan Nəsibzadə və Qarabağ müharibəsi Veteranları iştirak ediblər.

Tədbir ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon təşkilatın sədri Fəqan Nəsibzadə tədbiri açıq elan edərək ulu öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib.