UNEC dünya üzrə yer qazandıbackend

QS Dünya Univetsitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) bu gün sahələr üzrə reytinqini (SUBJECT RANKİNGS 2023) açıqlanıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ali təhsil müəssisənin rektoru Ədalət Muradov paylaşım edib.

Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəlib.

Bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalələrin, 2016-2021-ci illərdə 117,6 milyon istinadların QS tərəfindən təhlili nəticəsində müəyyən edilib.

Eləcə də, qiymətləndirmə zamanı, 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamlarının və 99 000-dən çox global işəgötürənlərin səsi nəzərə alınıb.

Rektor Ədalət Muradov sosial şəbəkə hesabında UNEC ailəsinin hər bir üzvünü və bütün UNEC sevərləri növbəti uğur münasibətilə ürəkdən təbrik edib və əməyi olan hər bir şəxsə təşəkkürünü bildirib.

“Hər şey daha da yaxşı olacaq!”- deyə o yazıb.

Fərahim Rəhimov