“Unibank”dan bank kartları ilə bağlı “U” dönüşü – Keşbek kəskin azaldılıbbackend

“Unibank” bank kartları üzrə keşbek faizini kəskin endirib.

Bu barədə  “Yeni Sabah” banka istinadən xəbər verir. Məlumata görə, oktyabr ayının 3-dən etibarən plastik kartlar üzrə keşbek faizləri 30%-dən 10%-ə endirilib.

Bank həmçinin, Ucard üzrə də keşbek faizini 30%-dən 5%-ə endirib. Belə ki, bank yalnız bir xidmət üzrə 10%, digər xidmətlər üzrə isə əsasən 5%-dək keşbek təklif edir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.