Universitetlərdə qeydiyyat bu tarixdən başlayacaqbackend

Sentyabrın 10-dan 20-dək ixtisas seçimi əlaqədar sənəd qəbulu olacaq, ayın 17-dək isə keçirilən qabiliyyət imtahanının nəticələri elan olunacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ayın 20-dən sonra ümumi yerləşdirməni aparmaq mümkün olacaq və universitetlərdə qeydiyyat başlayacaq.