Unun kisəsi 35 manat olacaqbackend

“Gömrükdə “kütləvi kadr islahatlarından” ümidlənərək,  yerli ticarət şirkətlərindən biri bizim marka ilə əla növ unu Azərbaycana idxal edib Biləcəridəki çörəkbişirmə sexlərindən birinə təhvil verdi… Bilmirəm, hansı mağazalarda, ancaq sabah Biləcərinin bəzi dükanlarında keyfiyyətli undan bişirilmiş çörək satılacaq…”

“Yeni Gundem”-in xəbərinə görə, bunu sabiq deputat Nazim Bəydəmirli bildirib.

“İstehsalçı da, topdan alıcı da, çörəkbişirən də əməli saleh, halal biznes adamlarıdırlar, monopolistlərə aidiyyatımız yoxdur… Gələn həftə bütün xərcləri, ödənişləri də açıqlayacağam, ona görə ki, hökumət imkan versə, bir kisəsi 35 manata keyfiyyətli un hər kəs idxal edə bilər…” – N.Bəydəmirli qeyd edib.