Ünvanlı sosial yardım 36% artacaqbackend

Azərbaycanda 2023-cü ildə Ünvanlı sosial yardımın məbləği artırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyindənYeni Gundem”daxil olan məlumata görə,ünvünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.

Nazirlik bildirib ki,ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.

Qeyd edək ki,2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub

Fərahim RƏHİMOV