Ürək üçün ən zərərli qidalar – Bunları yeməyinbackend

“Ürək-damar sistemi üçün ən zərərli qidalar fəstfud və yarıfabrikat məhsullardır”.

Bunu diyetoloq və qastroenteroloq Nuria Dianova “Zvezda” kanalına müsahibəsində bildirib.

Həkim bildirib ki, fəstfud çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da o qədər də faydalı deyil.

“Bu qidalar kökəlməyə kömək etməklə yanaşı, onların tərkibində ürək-damar sisteminin əsas düşməni olan çoxlu trans yağları var. Trans yağları qan damarlarında daralma, tıxanma, qan axınında problemlər yaradır. Qan damarlarının divarlarının zəifləməsi insult və infarkta səbəb ola bilər”.

Həkim bildirib ki, “kartof fri” ən zərərli məhsuldur. Çünki ürək-damar sistemi də daxil olmaqla bədənə mənfi təsir göstərən trans yağları ehtiva edir./Publika.az