“Ürəyimizi yandıran o “Qara gecə”ni unutmadıq” – Hüseyn Altınalanbackend

26 fevral 1992-ci ildə 613 məsum mülki insanın qətl edildiyi ürəyimizi yandıran o “Qara gecə”ni unutmadıq.

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

“Hafizəmizi diri tutaraq, bu vəhşəti qətiyyən unutmayacaq, canilərin hesab verəcəyi günə qədər mücadiləmizi davam etdirəcəyik. Gözü dönmüş erməni terror təşkilatları tərəfindən 29 il öncə qətl edilən qardaşlarımıza Allahdan rəhmət diləyirəm”, -deyə o bildirib.