Uşaq evində böyümüş şəhid II Fəxri xiyabanda dəfn olundu – YENİLƏNDİbackend

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Bakıda dəfn edilib.

“Yeni Gundem”-in məlumatına görə, şəhid İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.

***

09:24

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Bakıda, İkinci Fəxri xiyabanda dəfn edilir.

24 yaşlı şəhidin dəfn mərasimində ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edirlər.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.

Report