Uşaq evində böyüyən şəhidin anası tapıldıbackend

Uşaq evində böyüyən Vətən Müharibəsi şəhidi Rajapov Əmrahın anası tapılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu feysbuk hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, şəhidin anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır:

“Əslən türkmənistanlıdır. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Əmrahın şəhid olmasını 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı tiktokdan öyrənib”.

Şəhid anasının ölkədən çıxışına qadağa qoyulub. O, bu səbəbdən övladının məzarını ziyarət edə bilmir.

Qeyd edək ki, Rajapov Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatında yaralanmış əsgər yoldaşını döyüş mövqeyindən çıxarmağa çalışarkən, yaxınlığına mərmi düşməsi nəticəsində həlak olub. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılıb və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

O, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Modern.az