Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva: “Ulu Öndərin irsi gənc nəsil üçün böyük məktəbdir”backend

2023-cü il mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.Bu münasibətlə Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdəHeydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Ulu Öndərin 100 illiyi Azərbaycanın hər yerində təntənəli şəkildə qeyd edilir.

Azərbaycan xal Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini sonsuz sevgi ehtiramla anır. Heydər Əliyev İli”ndə dünya miqyaslı siyasətçi dövlət xadiminin dövlətimiz, dövlətçiliyimiz, xalqımız qarşısında misilsiz xidmətləri, fəaliyyətinin ayrı-ayrı istiqamətləri dərindən araşdırılır, zəngin irsi geniş təbliğ olunur. Azərbaycan xalqının taleyində, ölkəmizin hərtərəfli inkişafında, uğurlar qazanmasında böyük rolu olan Ulu Öndərin zəngin irsi, ümumbəşəri fəaliyyəti gənc nəsil tərəfindən böyük maraqla öyrənilir, tədqiq edilir.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

Ümummilli Liderin irsini müqəddəs miras olaraq qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Heydər Əliyevin Vətənə olan sonsuz sevgisi, tariximizə, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənlərimizə olan münasibəti, siyasi idarəçilik sahəsində zəngin təcrübəsi böyük məktəbdir. Bundan sonra onilliklər, yüzilliklər keçəcək, neçə-neçə nəsillər Heydər Əliyev məktəbindən bəhrələnəcək.

Ulu Öndər hər zaman uşaqların, yeniyetmələrin milli vətənpərvərlik ruhunda, mədəniyyətimizə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasına böyük önəm verib, bu istiqamətdə mühüm addımlar atıb. Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulub. Ulu Öndərin hakimiyyəti illərində uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb. Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevən Lideridi. Uşaqların sağlamlığı, onların yaxşı təhsil tərbiyə alması, firavan yaşaması, Vətənə bağlı övlad kimi böyüməsi Ulu Öndərin daim diqqətində olub. Uşaqlara qayğı hər bir vətəndaşın borcudurdeyən Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlarla gələcək nəsillər üçün mühüm ənənə miras qoyub. Bu ənənə bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir artıq milli strategiya kimi formalaşıb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənənin hələ uzun illər yaşayacağına zəmanət verir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub.  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə nəticəsində hazırda işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa-quruculuq işləri aparılır, əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdış başlayıb. Zəngilanın Ağalı kəndinin timsalında uşaqlarımız, yeniyetmələrmiz ailələri ilə birlikdə doğma ata-baba yurdlarına qayıdıb, burada təhsil alırlar. Tezliklə biz bu mənzərəni azad olunmuş digər ərazilərimizdə müşahidə edəcəyik.

Bütün bunlar böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin ideyalarının təntənəsidir. Müasir Azərbaycanın memarı qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq!