“Uşaq vaxtı çox sayda papaq atmışıq” – Fazil Mustafabackend

Uşaq vaxtı çox sayda papaq da atmışıq, qapımıza papaq atıblar. İndinin özündə də bu papaqlar atılır.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Amma hər halda biz bu bayramın insanları birləşdirən, həmrəylik yaradan dəyərini qorumalıyıq. Çünki Novruz bayramı istər dini, istər başqa görüşlərdən asılı olmayaraq insanları birləşdirən bir bayramdırsa, insanı güldürən bir bayramdırsa, insana bi-birini ziyarət etməyə təşviq edən bir bayramdırsa, bunu qorumaq lazımdır. Çoxlu xatirələr var, amma ən böyük xatirələrsə sübh tezdən durub bir-iki kilometr uzaqda olan Naxçıvan çayına gedib suyun üzərindən atlamaq idi”-deyə o sözlərinə davam edib.

Fərahim Rəhimov