“Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda tədbir keçirildibackend

Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və AMK tərkibində  İncəsənət Gimnaziyası “Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda tədbir keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis baş leytenantı Pərvanə Muradova,polis leytenantı Rüstəm Əhmədli, AMK tərkibində  İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, təşkilatçı müəllimi Samirə Babayeva, sinif rəhbəri Arzu Məmmədova, müəllimlər, uşaqlar və valideynlər iştirak edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldıla biləcəyi məqsədilə görülən işlərdən danışıblar.Uşaqlara mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbir zamanı mövzu ilə bağlı 25 nəfər ibtidai sinif şagirdləri yol hərəkəti qaydalatına dair öz bilik və bacarıqlarını nümayışetdirmişdir. Uşaqlar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Sonda AMK tərkibində  İncəsənət Gimnaziyasının direktoru yarışın təşkilatçılarına təşəkkürünü bildirib.