Uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı, yeni görüntülər yayıldı (YENİLƏNİB/VİDEO)backend
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
“Yeni Gündəm” xəbər verir ki,Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.
Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.
Məşhurlar açılış mərasimində iştirak efdib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanalallarında çıxışlar da edib.
Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir. 

***
Qaynarinfo-ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.
Bu arada Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən yeni görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.
Əhməd