Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələrinə dair maarifləndirmə tədbiri keçirilibbackend

Zəngilan rayon 9 nömrəli tam orta məktəbdə Yetkinlik yaşına çatmayan uşaqlara göstərilən hər cür zorakılıq hallarına qarşı profilatik tədbirlərin aparılması barədə maarifləndirici tədbir keçirilib.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə iştirak edən Zəngilan rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə qeyd edib ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir.

Komissiyanın psixoloqu Mətanət Həsənova bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırılması, habelə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və respublikamızın mühüm beynəlxalq sənədlərə qoşulması sahəsində davamlı iş aparılır.

Çıxışlardan sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir diskussiya şəklində davam etdirilib.