“Uşaqları LGBT cütlüklərinə övladlığa verirlər…”backend

“Avropa uşaqlara qarşı seksual zorakılığın ən kütləvi tətbiq olunduğu regiondur. Fransa hələ indi etiraf edir ki, son 70 ildə kilsə və digər dini obyektlərdə 216 000 uşaq davamlı olaraq seksual zoakılığa məruz qalıb. Bunların içərisində 3 və daha aşağı yaşında seksual zorakılığa məruz qalan körpələr də əhəmiyyətli saya malikdir. Qərbin bu xasiyyətinə bələdik. Bir cinayəti törədib 50-70 və bəzən 100 ildən sonra etiraf edirlər”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

“Bu gün uşaqlara qarşı daha şiddətli zorakılıqlar baş verməkdədir. Normal orentasiyalı uşaqları LGBT cütlüklərinə övladlığa verirlər və bu zaman uşağım ümdə mənafelərini nəzərə almırlar. Nəticədə həmin uşaqların cinsi orientasiyası zorla dəyişdirilir və bir çox hallarda “valideynləri” tərəfindən seksual zorakılığın qurbanına çevrilirlər. Katolik kilsələrində, Allahın evi adlandırdıqları binalarda yüz minlərlə uşaq seksual zorakılığa məruz qalıb. İslam cənnətdə hər kişiyə 72 huri vəd edir. Bunlar da öz mollalarını bu dünyada körpə hurilərlə təmin edib. Və bizə deyirlər ki, “dəyərlərimizi” qəbul edin. İstanbul Konvensiyasını bizə sırımaq istəyənlər bu gün də Avropada LGBT ailələrinə verilən körpələrin başına açılanlara göz yumur. “Amnesty İnternational” Avropada on illiklər davam edən bu biabırçılığa niyə susurdu? Bugünkü zorakılıqlar barədə niyə susur?” – S.Məmmədov qeyd edib.