“Uşaqlığın son gecəsi”nin Zauru evində ölü tapıldıbackend

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Yeni Gundem” xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxu.az qeyd edir ki, həmin şəxs “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını canlandıran aktyor  Q. Atakişiyevdir.