ÜST: Azərbaycanda yaşı 5-dən yuxarı şəxslər, yaşlılar və hamilələr…backend

ÜST Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.

ÜST-ün Azərbaycan Nümayəndəliyindən Pravda.az-a verilən xəbərə görə, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi tövsiyə edilir.

Bildirilib ki, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.